"Zirə" "Göztəpə"nin sabiq futbolçusunu transfer etdi
Kateqoriya məlum deyil
"Zirə" yeni futbolçu ilə anlaşıb.
Sfera.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
"Qartallar" Lue Bayere Junioru heyətinə qatıb. Fildişi Sahilindən olan hücumçu ilə 2 illik müqavilə bağlanıb.
Xatırladaq ki, 25 yaşlı futbolçu daha əvvəl İsveçin "Hammarbü", "Frey", Serbiyanın "Jelezniçar", "Yvor" və Türkiyənin "Göztəpə" klublarında çıxış edib.






