Futbolda tarixi ilk: DÇ-2026-nın çempionlarına üzük veriləcək

Futbolda tarixi ilk: DÇ-2026-nın çempionlarına üzük veriləcək
Kateqoriya məlum deyil
T

Futbol tarixində ilk dəfə olaraq, 2026-cı il Dünya Çempionatının qaliblərinə xüsusi çempionluq üzükləri təqdim ediləcək.

Sfera.az xəbər verir ki, FİFA bu tarixi hadisə üçün xüsusi olaraq simvolik sayda — cəmi 2026 ədəd çempionluq üzüyü hazırlatdırıb.

Üzüklərin böyük hissəsi hərraca çıxarılacaq.

Yaradılan eksklüziv kolleksiyanın paylanma şərtləri də artıq bəllidir:

Qaliblər üçün: Hazırlanmış üzüklərdən yalnız 30 ədədi builki dünya çempionatının qalibi olacaq komandanın üzvlərinə (futbolçular və məşqçi heyəti) təqdim ediləcək.

Kolleksionerlər üçün: Yerdə qalan üzüklər isə satışa buraxılacaq və xüsusi varlı alıcılar üçün təşkil olunacaq hərraclarda onlayn formata çıxarılacaq.

Qeyd edək ki, çempionluq üzüklərinin təqdim edilməsi ənənəsi bura qədər əsasən ABŞ-ın peşəkar idman liqalarında (NBA, NFL) tətbiq olunsa da, FİFA bu addımla dünya futbolu tarixinə yeni bir səhifə yazmış olacaq./musavat

PAYLAŞ