Bakı-2017: Azərbaycan atletindən QIZIL MEDAL

Bakı-2017: Azərbaycan atletindən QIZIL MEDAL
Azərbaycan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışlarında ikinci qızıl medalını qazanıb.

Sfera.az Trend-ə istinadən bildirir ki, təmsilçimiz Hanna Skidan qadınlar arasında çəkic atma yarışında bütün rəqiblərindən üstün olub.

Türkiyə atleti Kaya Kıvılcım Salman gümüş, mərakeşli Souakina Zakkour isə bürünc medala sahib olub.

Xatırladaq ki, bundan əvvəl para-atletika yarışlarında Samir Nəbiyev kürə itələmə yarışında çempion olmuşdu.

 Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.



OXŞAR XƏBƏRLƏR

Tanınmış jurnalist vəfat etdi - FOTO

Tanınmış şair və jurnalist Mənsur Ələkbərov vəfat edib.   Sfera.az xəbər verir ki, o, bu gün 62 yaşında dünyasını dəyişib.   Qeyd edə...

Prezident GlobE Network VI Plenar iclasının iştirakçılarına müraciət edib

Prezident İlham Əliyev BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin - GlobE Network VI Plenar iclasını...

"Son zəng"də fərqli geyimlərə qadağa qoyulacaq? - AÇIQLAMA

“Son zəng” tədbirlərində məktəblilərin geyim forması məsələsi cəmiyyətin və təhsil ictimaiyyətinin əsas müzakirə mövzularından birinə çevrilib. Bəzi...

"Körfəz ölkələrindən gələn turistlərin sayı azalıb" - Vüqar Bayramov

"2025-ci ilin ilk 4 ayında Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayı 3,4 faiz azalıb".   Sfera.az xəbər verir ki, bunu Milli M...

Qabiliyyət imtahanlarına qeydiyyat başlanır

Qabiliyyət imtahanlarına qeydiyyat başlanır.   Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.   Bildirilib ki, 202...

Pensiyalarla bağlı VACİB XƏBƏR – Mərhələli olaraq…

Son illərdə ölkədə gənclər arasında pensiya sisteminə inam getdikcə azalır. Onlar gələcəkdə bu hüquqdan istifadə edə bilməcəyəklərini düşünür və sosial ödənişlə...