FİFA ona güzəşt etdi

FİFA ona güzəşt etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünya çempionatının 1/16 final mərhələsinin Bosniya və Herseqovina ilə matçında qırmızı vərəqə alan ABŞ millisinin futbolçusu Folarin Baloqan Belçika yığmasına qarşı 1/8 final matçında meydana çıxa biləcək.

Sfera.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun 1 oyunluq diskvalifikasiyası dayandırılıb. Forvarda 1 illik sınaq müddəti təyin edilib.

Baloqan Bosniya və Herseqovinaya 2:0 hesabı ilə qalib gəldikləri görüşdə rəqib futbolçu Tarik Muharemoviçin topuğuna açıq ayaqla zərbə endirdiyi üçün meydandan qovulmuşdu.

Qeyd edək ki, ABŞ – Belçika oyunu iyulun 7-də keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR