"Liverpul" və "Reksem" üz-üzə gələcək

"Liverpul" və "Reksem" üz-üzə gələcək
Kateqoriya məlum deyil
T

 

İngiltərə futbolunun iki fərqli səviyyəsini təmsil edən "Liverpul" və "Reksem" komandaları mövsümöncəsi ABŞ turu çərçivəsində üz-üzə gələcəklər.

 

Sfera.az xəbər verir ki,  "Championship" təmsilçisi olan "Reksem" bu tur çərçivəsində üç Premyer Liqa komandası ilə qarşılaşacaq. Hollivud ulduzları Ryan Reynolds və Rob Makelhenney rəhbərliyi altında "Reksem"in son illərdəki yüksəlişi futbol ictimaiyyətinin diqqətini cəlb edib. “Qırmızı Əjdahalar” ləqəbli komanda 2026-cı ilin yayında yüksək səviyyəli mövsümöncəsi turne üçün yenidən ABŞ-yə yollanacağını açıqlayıb. Turne çərçivəsində Çempionşip təmsilçisi İngiltərə futbolunun üç güclü klubu ilə qarşılaşacaq.

 

Əsas diqqət isə Premyer Liqa nəhəngi "Liverpul"la keçiriləcək oyuna yönəlib. Bu qarşılaşma həm azarkeşlər, həm də futbol ictimaiyyəti üçün maraqla gözlənilir. Qeyd edək ki, "Reksem"in ardıcıl uğurları və sürətli inkişafı komandanın beynəlxalq arenada da diqqət mərkəzinə düşməsinə səbəb olub. ABŞ turu isə klub üçün növbəti ciddi sınaq olacaq.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ