Kriştiano Ronaldonun təyyarəsi Səudiyyə Ərəbistanını tərk edir

Kriştiano Ronaldonun təyyarəsi Səudiyyə Ərəbistanını tərk edir
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, İran ötən gün səhər saatlarında Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki ABŞ səfirliyinə hücum edib. Səfirlik binasına ciddi ziyan dəyən hücumdan sonra idman mediasında bir iddia ortaya çıxıb. 

 


Sfera.az xəbər verir ki, iddialara görə, futbol karyerasını Səudiyyə Ərəbistanında davam etdirən Kriştiano Ronaldo da ailəsi ilə birlikdə ölkəni tərk edib. Lakin iddialar təkzib edilib.

 

Asiya Futbol Konfederasiyası təhlükəsizlik problemləri səbəbindən Asiya Futbol Konfederasiyası təhlükəsizlik problemləri səbəbindən “Əl-Nəsr”in oyunlarını, o cümlədən Asiya Çempionlar Liqası matçlarını təxirə salıb.

 

Ötən gün günorta saatlarında “Flightradar” tətbiqində Kriştiano Ronaldonun 81 milyon dollarlıq şəxsi təyyarəsinin Ər-Riyaddan qalxaraq Madridə getdiyi qeyd edilib. İddia olunub ki, portuqaliyalı ulduz ailəsi ilə birlikdə İspaniyaya gedib.

 


Lakin məşhur jurnalist Fabrizio Romano iddiaları təkzib edib.

 


“Beynəlxalq mediada Kriştiano Ronaldo və ailəsinin Səudiyyə Ərəbistanını tərk etməsi xəbəri həqiqəti əks etdirmir. Bu, yalan xəbərdir. Kriştiano hazırda “Əl-Nəsr” stadionunda son matçda aldığı zədədən müalicə alır. Kriştiano Madridə qayıtmaq üçün Səudiyyə Ərəbistanını tərk etməyib”-deyə jurnalist bildirib.

 

Aynil

PAYLAŞ