“Beşiktaş” ingilis klubundan oyunçu alacaq - Adı AÇIQLANDI

“Mançester Yunayted” Türkiyə klubları ilə ehtiyat qapıçı Altay Bayındırın transferi ilə bağlı razılığa gəlib.
Sfera.az xəbər verir ki, klub rəhbərliyi əməkhaqqı xərclərini azaltmaq istiqamətində səylərini davam etdirir.
Məlumata görə, “qırmızı şeytanlar” yay transfer pəncərəsində futbolçunun gedişinə icazə verməyə hazırdır. Bir nömrəli qapıçı olmaq ümidi ilə “Old Trafford”a transfer olunan Altay Bayındır əsas heyətdə möhkəmlənməkdə çətinlik çəkib.
Türkiyə mətbuatının yaydığı son xəbərlərə əsasən, İngiltərə təmsilçisi Super Liqa nəhəngi “Beşiktaş” ilə rəsmi razılıq əldə edib. Razılaşmaya görə, qapıçı qarşıdakı transfer pəncərəsində İstanbul klubuna keçəcək.
Bu addım “Mançester Yunayted”in yüksək əməkhaqqı yükünü azaltmaq və heyəti gücləndirmək üçün əlavə maliyyə vəsaiti formalaşdırmaq planının bir hissəsi kimi qiymətləndirilir.
Niyaz Hacıyev
Sfera.az
