Ronaldo bu klubun 25 faizini aldı

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo İspaniyanın ikinci divizionunda çıxış edən “Almeriya” klubunun 25 faiz səhmini satın alıb.
Sfera.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
“Meydandan kənarda da futbola töhfə vermək arzusunda idim. “Almeriya” möhkəm təməllərə və aydın inkişaf potensialına malik İspaniya klubudur. Klubun inkişafının növbəti mərhələsini dəstəkləmək üçün rəhbərliklə işləməyi səbirsizliklə gözləyirəm”, – deyə Ronaldo bildirib.
Qeyd edək ki, 41 yaşlı Ronalda zəngin insandır. Onun sərvətinin dəyəri 1,4 milyard dollar həcmində qiymətləndirilir.
Hazırda “Almeriya” İspaniya ikinci divizionunun turnir cədvəlində 27 oyundan 48 xal toplayaraq üçüncü pillədə qərarlaşıb və yüksək liqaya yüksəlmək uğrunda pley-off zonasında yer alır.
Niyaz Hacıyev
Sfera.az
