“Qalatasaray”dan möhtəşəm dönüş – 1/8 finaldakı rəqibi bilindi

Türkiyənin “Qalatasaray” komandası İtaliyanın “Yuventus” klubunu iki oyunun nəticəsinə əsasən məğlub edərək, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin son iştirakçısı olub.
Sfera.az xəbər verir ki, komandalar arasında cavab oyunu İtaliyada keçirilib.
Əsas vaxt ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin İstanbul təmsilçisi ilk oyunda 5:2 hesabı ilə qalib gəldiyindən qarşılaşma əlavə vaxta uzanıb. Əlavə vaxtda “Qalatasaray”ın futbolçuları Viktor Osimhen və Barış Alper Yılmazın vurduğu iki cavabsız qol Türkiyə klubunun növbəti mərhələyə yüksəlməsini təmin edib.
“Yuventus” 48-ci dəqiqədə azlıqda qalıb. Lloyd Kelli qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna baxmayaraq, ev sahibləri azlıqda iki qol vurmağı bacarıblar.
1/8 final mərhələsində “Qalatasaray” İngiltərəni təmsil edən “Liverpul” və ya “Tottenhem” komandalarından biri ilə qarşılaşacaq. Püşkatma mərasimi fevralın 27-də keçiriləcək. 1/8 finalın ilk oyunları 10 – 11 mart, cavab qarşılaşmaları isə 17 – 8 mart tarixlərində baş tutacaq.
Qeyd edək ki, “Qalatasaray” 2013/14 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksəlib.
Niyaz Hacıyev
Sfera.az
