Norveç klubundan uğurlu çıxış - Komanda 1/8 finala yüksəldi

Norveç klubundan uğurlu çıxış - Komanda 1/8 finala yüksəldi
Kateqoriya məlum deyil
T

Norveçin “Bodo Glimt” futbol klubu Çempionlar Liqasının cavab oyununda səfərdə İtaliyanın “İnter Milan” komandasını 2:1 hesabı ilə məğlub edərək 1/8 final mərhələsinə vəsiqə qazanıb.

 

Sfera.az xəbər verir ki, qarşılaşma “Stadio Giuseppe Meazza” stadionunda keçirilib.

 

Qonaq komandanın heyətində Cens Petter Hauqe 58-ci, Haakon Evjen isə 72-ci dəqiqədə fərqlənib. Meydan sahiblərinin yeganə qolunu 77-ci dəqiqədə Alessandro Bastoni vurub. İlk oyunda Norveç təmsilçisi doğma meydanda “İnter”i 3:1 hesabı ilə məğlub etmişdi və iki oyunun nəticəsinə əsasən mərhələ adlayıb.


Qeyd edək ki, qrup mərhələsini 9 xalla 23-cü pillədə başa vuran Norveç klubu ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb. “İnter” isə 15 xalla 10-cu yeri tutub və turnirin üçqat qalibidir. Norveç klublarının ən yaxşı nəticəsi 1996/97 mövsümündə “Rosenborg”a  məxsusdur. Komanda dörddəbir finalda “Yuventus”a uduzub. 

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR