Logo

"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait aldı

"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qarabağ" futbol klubu UEFA tərəfindən təxminən 65.8 milyon manat vəsait əldə edib.

Sfera.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov özünün X hesabında yazıb.

"UEFA həmrəylik mexanizmi çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış edən digər klublarımızın hər biri təxminən 1.6 milyon manat əlavə vəsait qazanacaq" , - o qeyd edib.

Fərid Qayıbovun sözlərinə görə, "Qarabağ" ölkəmizdə real potensialı olan idman iqtisadiyyatına mühüm töhfə verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR