"Barselona" Reşfordla bağlı yekun qərarını verdi

Kateqoriya məlum deyil
T
Markus Reşfordun "Barselona"dakı taleyi ilə bağlı məsələyə nəhayət aydınlıq gəlib.
Sfera.az xəbər verir ki, yay transfer dönəmində müəyyən risklə heyətə cəlb olunan, "Mançester Yunayted" akademiyasının yetirməsi olan hücumçu "Kamp Nou"da özünü sübut etməyi bacarıb.
Klub daxilindəki rəhbərliyi və məşqçilər heyətini inandıran futbolçunun komandada qalmasının məqsədəuyğun olduğu bildirilib.
Məlumata görə, "blauqrana" rəhbərliyi Reşfordun komandada qalmasının klubun idman layihəsi baxımından ən doğru addım olacağı qənaətinə gəlib.
Qeyd edək ki, futbolçunun gələcəyi ilə bağlı rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.
Niyaz Hacıyev
Sfera.az
