Çempionlar Liqasında irqçilik qalmaqalı: UEFA qərarını verdi

Çempionlar Liqasında irqçilik qalmaqalı: UEFA qərarını verdi
Kateqoriya məlum deyil
T

Portuqaliyanın “Benfika” klubunun argentinalı futbolçusu Canluka Prestianni “Real Madrid”in oyunçuları Vinisius Cunior və Kilian Mbappeyə qarşı ayrı-seçkilik iddiaları fonunda məhkəməyə müraciət etməyi düşünür.

 

Sfera.az xəbər verir ki, bu barədə “El Chiringuito TV” məlumat yayıb.


Fevralın 23-də UEFA-nın Etika, Nəzarət və İntizam Komitəsi Prestianninin qurumun ayrı-seçkiliklə bağlı intizam qaydalarını pozduğunu əsas gətirərək onu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan kənarlaşdırıb.


Lissabonda keçirilən ilk qarşılaşma Madrid təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu vurduqdan sonra Vinisius Cunior ev sahibi azarkeşlərin tribunası önünə qaçaraq jestlər edib. Bundan sonra braziliyalı futbolçu hakimə irqi təhqirlərlə bağlı şikayət edib. İspaniya mediasının iddiasına görə, Prestianni Vinisiusa qarşı irqçi ifadə işlətmiş ola bilər və buna görə oyun təxminən 10 dəqiqə dayandırılıb.


Matçın sonunda isə bəzi azarkeşlərin Vinisius və digər Madrid oyunçularına müxtəlif əşyalar, o cümlədən şüşə və elektron siqaretlər atdığı bildirilir.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ