Logo

"Qarabağ"ın istədiyi futbolçular bilindi

"Qarabağ"ın istədiyi futbolçular bilindi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qarabağ" Futbol Akademiyasına baxışa gələcək iki nigeriyalı futbolçunun adı bəlli olub.

Sfera.az xəbər verir ki, bu barədə AZƏRTAC-a akademiyanın meneceri Nail Kərimov məlumat verib.

O, hər iki oyunçunun 2008-ci il təvəllüdlü olduğunu bildirib:

"Bunlar Onyema Fransis Çukvumoabim və Akinrefon Mikael Adetorodur. Biri hücumçu, digəri isə müdafiəçidir. Onların hansı tarixdə Azərbaycana gələcəkləri bəlli deyil".

Həmin oyunçular "Qarabağ" Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyev tərəfindən "Obasa Cup" turnirində kəşf ediliblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR