Mourinyo bu suala cavab vermədi: “Diqqətimiz oyundadır”

Kateqoriya məlum deyil
T
Joze Mourinyo “Benfika”nın Çempionlar Liqasındakı oyunu öncəsi Vinisius Junior ətrafında yaranan irqçilik mübahisəsinə münasibət bildirməkdən yayınıb.
Sfera.az xəbər verir ki, portuqaliyalı mütəxəssis komandasının diqqətinin yalnız qarşıdakı oyuna yönəldiyini vurğulayıb.
Baş məşqçi bildirib ki, “qartallar”ın əsas məqsədi Madriddə keçiriləcək görüşdə uğurlu nəticə qazanmaqdır və komanda meydandakı vəzifələrinə köklənib. Qeyd edək ki, oyun “Santiaqo Bernabeu” stadionunda baş tutacaq.
Niyaz Hacıyev
Sfera.az
