Logo

“Qarabağ”ın “Nyukasl”la oyununu o idarə edəcək

"Qarabağ"ın "Nyukasl"la oyununu o idarə edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Nyukasl”a qarşı keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.

Sfera.az xəbər verir ki, “Sent-Ceyms Park”da keçiriləcək görüş italiyalı FIFA referisi Devid Massaya tapşırılıb.

Ona həmyerlisi Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Paireto yerinə yetirəcək.

VAR-da Daniele Kiffi, AVAR-da isə Kristian Dingert (Almaniya) olacaq.

Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” oyunu fevralın 24-də, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.
Tərəflər arasında Bakıda baş tutan qarşılaşma İngiltərə təmsilçisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR