“Real Madrid”in qapıçısı Fransa klubunun səhmdarı oldu

"Real Madrid"in qapıçısı Fransa klubunun səhmdarı oldu
Kateqoriya məlum deyil
T

Fransa klubunun rəsmi açıqlamasında bildirilir ki, “Real Madrid”in qapıçısı Tibo Kurtua Liqa 2 təmsilçisi “Le Man” klubunun yeni səhmdarlarından biri olub.

 

Sfera.az xəbər verir ki, Belçika millisinin və “Los Blancos”un ulduz qapıçısı layihəyə tennis ikonası Novak Cokoviç, “Formula 1” pilotları Felipe Massa və Kevin Maqnussenlə birlikdə qoşulub.

 

Onlar Le Man şəhərində həyata keçirilən idman layihəsinin ortaq mülkiyyətçiləri kimi çıxış edəcəklər.

 

Qeyd edək ki, klubun hədəfi güclü və rəqabətədavamlı komanda formalaşdırmaqdır. “Le Man” ambisiyalı inkişaf planına görə mediada “Fransız Reksem”i ilə müqayisə olunur.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ