O, "Arsenal"dan ayrılacaq

"Arsenal" klubunun baş məşqçisi Mikel Arteta ilə bağlı maraqlı iddia səsləndirilib.
Sfera.az-ın məlumatına görə, klubun sabiq futbolçusu Emmanuel Petit bildirib ki, Artetanın yaxın zamanda komandadan ayrılaraq Avropanın nəhəng klublarından birinə keçidi mümkündür. Arteta son illərdə “Topçular”ı yenidən İngiltərə futbolunun zirvəsinə daşımağı bacarıb. Onun rəhbərliyi altında London təmsilçisi Premyer Liqada çempionluq uğrunda mübarizə aparır, eyni zamanda Çempionlar Liqasında son mərhələlərə qədər irəliləyir. Buna baxmayaraq, Petit hesab edir ki, ispaniyalı mütəxəssisin karyerasında növbəti addım doğma vətəninə qayıdış ola bilər.
Onun fikrincə, Arteta artıq Avropa futbolunun ən nüfuzlu klublarından birində çalışmaq üçün əsas namizədlərdən biri sayılır. İddialara görə, Artetanın mümkün gedişi halında “Emirates” stadionunda onu əvəzləyəcək namizəd kimi klubun keçmiş ulduzlarından birinin adı gündəmdədir. Lakin hələlik bu barədə rəsmi açıqlama verilməyib.
Niyaz Hacıyev
Sfera.az
