Ronaldo növbəti oyunu buraxdı: "Əl-Nəsr" 1/4 finala yüksəldi

Kriştiano Ronaldo növbəti dəfə heyətdən kənarda qalıb.
Sfera.az xəbər verir ki, Portuqaliya millisinin kapitanı Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun AFC Çempionlar Liqasının II turunda keçirdiyi cavab oyununda iştirak etməyib. Ər-Riyad təmsilçisi Türkmənistanın “Arkadag” FK komandasını 1:0 hesabı ilə məğlub edib.
İlk qarşılaşmada da eyni hesabla qalib gələn Səudiyyə Ərəbistanı klubu iki oyunun nəticəsinə əsasən turnirin dörddəbir finalına vəsiqə qazanıb. Baş məşqçi Jorge Jesus rotasiyaya üstünlük verərək zəifləşdirilmiş start heyəti ilə meydana çıxıb. Komandanın əsas hücumçularından heç biri oyuna start heyətində başlamayıb. Qeyd edək ki, Ronaldonun oyunu buraxma səbəbi ilə bağlı rəsmi açıqlama verilməsə də, məşqçilər korpusunun futbolçunu növbəti mərhələ və daxili çempionat oyunları üçün qoruduğu ehtimal edilir.
Niyaz Hacıyev
Sfera.az
