"İnter Milan"ı məğlub etdilər

"İnter Milan"ı məğlub etdilər
Kateqoriya məlum deyil
T

Norveçin Bodo-Glimt futbol klubu Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda öz meydanında İtaliyanın İnter Milan komandasını 3:1 hesabı ilə məğlub edib.

 

Sfera.az xəbər verir ki, görüşdə ev sahiblərinin heyətində Sondre Feth (20-ci dəqiqə), Yens Hauqe (61) və Kasper Hoeq fərqləniblər. Qonaqların yeganə qolunu isə 30-cu dəqiqədə Françesko Esposito vurub. Tərəflər arasında cavab qarşılaşması fevralın 24-də Milanda keçiriləcək.

 

Qeyd edək ki, rusiyalı qapıçı Nikita Xaykin “Bodo-Glimt”in start heyətində yer alıb. O, cari mövsümdə Çempionlar Liqasında doqquzuncu oyununa çıxıb və komandasının indiyədək turnirdə keçirdiyi bütün matçlarda əsas heyətdə meydana start verib. “Bodo-Glimt” ümumi mərhələdə 9 xalla 23-cü yeri tutaraq tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. “İnter” isə 15 xalla 10-cu pillədə qərarlaşıb.

 

Milan təmsilçisi turnirin üçqat qalibi kimi zəngin avrokubok təcrübəsinə malikdir. Xatırladaq ki, ötən mövsüm Çempionlar Liqasının qalibi Fransanın Paris Saint-Germain klubu olub.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ