"Mançester Yunayted" bu transferi təxirə saldı

"Mançester Yunayted" "Barselona"nın futbolçusu Markus Reşfordun transferi ilə bağlı planlarına qısa müddətli fasilə verməyi düşünür.
Sfera.az xəbər verir ki, klubun mövqeyinə görə, “qırmızı şeytanlar” katalon təmsilçisinin bu yay futbolçunun keçidi üçün tələb olunan məbləğin yenidən müzakirə edilməsinə razılıq vermək niyyətində deyil.
Məlumata əsasən, tərəflər arasında əldə olunmuş ilkin razılaşmaya görə, “Blauqrana” İngiltərə millisinin üzvünü yaydan sonra daimi əsasda heyətində saxlamaq üçün 26 milyon funt sterlinq (təxminən 35 milyon ABŞ dolları) ödəməlidir. Bununla belə, bəzi mənbələr La Liqa təmsilçisinin maliyyə şərtlərindən asılı olaraq bu məbləği azaltmağa çalışa biləcəyini iddia edir. “Mançester Yunayted” isə hazırkı mərhələdə qiymətdə güzəştə getməyi planlaşdırmır.
Niyaz Hacıyev
Sfera.az
