“Arsenal”ın oyunlara hazırlıq prosesi dəyişəcək

"Arsenal"ın oyunlara hazırlıq prosesi dəyişəcək
Kateqoriya məlum deyil
T

Mikel Arteta zədələrin artması fonunda “Arsenal”ın oyunlara hazırlıq prosesində köklü dəyişikliklərə gedə biləcəyinə işarə edib.

 

Sfera.az-ın məlumatına görə, ispan mütəxəssis bildirib ki, son vaxtlar matçlardan əvvəl yaşanan fiziki problemlər məşq və bərpa rejiminə yenidən baxmağı zəruri edə bilər. Bazar günü keçirilən qarşılaşmadan cəmi bir neçə dəqiqə əvvəl Rikkardo Kalafiorinin start heyətindən çıxarılması bu mövsüm “topçular”ın oyun öncəsi zədə problemi yaşadığı artıq beşinci hadisə oldu.

 

Arteta qeyd edib ki, belə hallar komandanın sabitliyinə təsir göstərir və risklərin azaldılması üçün qabaqlayıcı addımlar atılmalıdır.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ