Yeni transferi nəzərindən keçirir

Mançester Sitinin qapıçısı Ceyms Trafford komandanın Canluici Donnarumma transferindən sonra gələcəyi ilə bağlı açıqlama verib.
Sfera.az-ın məlumatına görə, gənc qapıçı etiraf edib ki, baş məşqçi Pep Qvardiolanın bu transfer qərarından sonra müntəzəm oyun vaxtı qazanmaq çətinləşib. 23 yaşlı futbolçu Etihad Stadiuma qayıtmasından 12 ay sonra karyerasında yeni transfer variantlarını nəzərdən keçirdiyini bildirib.
Trafford əsas heyətdə oynamaq üçün çox çalışdığını desə də, hazırda özünü təcrübəli italiyalı qapıçının arxasında ilişib qalmış hesab edir. Qeyd edək ki, İngiltərə millisinin gələcək planlarında yer almağı və FIFA Dünya Kubokuna düşmək şansını artırmağı hədəfləyən qapıçı üçün əsas prioritet müntəzəm oyun praktikasıdır.
Niyaz Hacıyev
Sfera.az
