Yamal bu oyunda iştirak edəcək

İspaniya millisinin Qətərdə Argentina ilə üz-üzə gəlməyə hazırlaşdığı bir vaxtda, baş məşqçi Lionel Skaloninin La Finalissimada Lamine Yamalı dayandırmaq üçün hazırladığı taktiki plan açıqlanıb.
Sfera.az xəbər verir ki, Avropa çempionu İspaniya milli komandası, gələn ay Qətərdə keçiriləcək Qitələrarası Kubokun (Konfederasiyalar Kuboku) milli komandalar səviyyəsindəki ekvivalenti sayılan “La Finalissimada Kopa” Amerika qalibi Argentina milli komandası ilə qarşılaşacaq. Bu oyun həm də “Barselona”nın gənc ulduzu Lamine Yamal üçün xüsusi əhəmiyyət daşıyır.
Belə ki, o, karyerasında ilk dəfə dünya futbolunun canlı əfsanəsi Lionel Messinin komandası ilə üz-üzə gələcək. Argentina texniki heyətinin əsas məqsədi isə Yamalın cinahlardakı sürətini və fərdi ustalığını neytrallaşdırmaqdır.
Niyaz Hacıyev
Sfera.az
