"Tottenhem" çıxış yolu axtarır - Bu post boş qalıb

Kateqoriya məlum deyil
T
"Tottenhem" klubunun baş məşqçi Tomas Frankla yolları ayırmaq qərarından sonra onun postu boş qalıb.
Sfera.az xəbər verir ki, rəhbərlik mövsümün qalan hissəsi üçün qısa müddətli həll variantlarını nəzərdən keçirir.
Məlumata görə, “Tottenhem” hazırda ABŞ millisinə rəhbərlik edən Maurisio Poçettinonu Premyer Liqaya geri qaytarmaq istəyir. Lakin yay aylarına qədər tərəflər arasında hər hansı razılaşmanın əldə olunması real görünmür.
Bu səbəbdən klub rəhbərliyi mövsümün sonuna qədər müvəqqəti variant kimi Con Heytinqaya etimad göstərməyi planlaşdıra bilər. Qısa müddətli bu təyinatın əsas məqsədi komandanı sabitləşdirmək və yayda daha uzunmüddətli strategiya üçün vaxt qazanmaqdır.
Niyaz Hacıyev
Sfera.az
