“Real Madrid” üçün ciddi itki

Kateqoriya məlum deyil
T
“Real Madrid” zədəli ulduzu Cud Bellingemin yaşıl meydanlara qayıdışının uzanmasından ciddi narahatlıq keçirir.
Sfera.az xəbər verir ki, yarımmüdafiəçinin zədəsi ilkin proqnozlardan daha ağır çıxıb və bu, klub üçün ağır zərbə hesab olunur.
Məlumata görə, “Rayo Valyekano” ilə matçda bud əzələsindən zədə alan İngiltərə millisinin üzvünün bir ay sıradan çıxacağı gözlənilirdi. Lakin son tibbi müayinələr vəziyyətin daha mürəkkəb olduğunu üzə çıxarıb. Futbolçunun zədəni ağırlaşdırması baş məşqçi Alvaro Arbeloanın planlarını alt-üst edib. Belə ki, Bellingemin həm La Liqanın kritik matçlarını, həm də Çempionlar Liqasının pley-off mərhələsini qaçıracağı ehtimal olunur.
Niyaz Hacıyev
Sfera.az
