Messi zədələndi - Növbəti oyunları buraxacaq

Kateqoriya məlum deyil
T
“İnter Mayami” klubunun mətbuat xidməti Lionel Messinin zədəsini rəsmi şəkildə təsdiqləyib.
Sfera.az xəbər verir ki, argentinalı ulduz futbolçu Ekvadorda keçirilən “Barselona” ilə oyunda sol bud əzələsindən zədə aldıqdan sonra komandanın məşqlərində iştirak etməyib.
Klubun tibbi rəyi əsasında qərar qəbul edilib və Puerto Rikoda “İndependiente del Valle” ilə keçirilməsi planlaşdırılan mövsümöncəsi yoldaşlıq oyunu təxirə salınıb.
Komandanın kapitanı Lionel Messi daha sonra azarkeşlərə müraciət edərək yaranmış vəziyyət və planlardakı dəyişikliklə bağlı üzr istəyib.
Niyaz Hacıyev
Sfera.az
