Kay Havertz yenidən zədələndi

Kateqoriya məlum deyil
T
“Arsenal”ın hücumçusu Kay Havertz növbəti zədəsini alıb və bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
Sfera.az xəbər verir ki, Almaniya millisinin üzvü son vaxtlar ardıcıl fiziki problemlərlə üzləşdiyi üçün mövsümün böyük hissəsini buraxıb.
Yeni yaranan zədə səbəbindən Havertzin gələn həftəsonu keçiriləcək Şimali London derbisi də daxil olmaqla bir neçə oyunda “Arsenal”a kömək edə bilməyəcəyi gözlənilir. Bu durum London təmsilçisinin hücum xəttində seçim imkanlarını daha da məhdudlaşdırır.
Niyaz Hacıyev
Sfera.az
