Arne Slot “Liverpul”da qalacağına inanır

Kateqoriya məlum deyil
T
“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasına vəsiqə qazanılmayacağı təqdirdə vəzifədə qalacağına inanır.
Sfera.az xəbər verir ki, Hollandiyalı mütəxəssis belə bir nəticənin klub üçün “qəbuledilməz” olacağını etiraf etsə də, rəhbərliyin mövsümü yalnız yekun nəticələrə görə deyil, daha geniş kontekst və şərait çərçivəsində qiymətləndirəcəyini düşünür.
Slot klub rəhbərliyinin səbirli yanaşmasını vurğulayaraq, vaxtilə Yurgen Kloppun da çətin dövrlərdə etimad göstərilməklə vəzifəsində saxlanıldığını xatırladıb və bunu öz durumu üçün nümunə kimi göstərib.
Niyaz Hacıyev
Sfera.az






