“Tottenhem” məşqçisi ilə yollarını ayırdı - SƏBƏB

Kateqoriya məlum deyil
T
“Tottenhem” rəhbərliyi səkkiz oyun ardıcıl qələbə qazana bilməyən komandanın baş məşqçisi Tomas Frankla yolları ayırmaq qərarı verib.
Sfera.az xəbər verir ki, Danimarkalı mütəxəssis yayda təyin olunsa da, Premyer Liqada uğursuz nəticələr və zəif oyun səbəbindən postunda uzun müddət qala bilmədi.
Çərşənbə axşamı evdə 2:1 hesablı məğlubiyyətdən sonra azarkeşlərin narazılığı yenidən pik həddə çatdı. Hazırda “Tottenhem” turnir cədvəlində düşmə zonasından cəmi beş xal irəlidədir və klub vəziyyəti dəyişmək üçün kəskin addım atmağa məcbur qalıb.
Niyaz Hacıyev
Sfera.az
