“Yuventus” Makkenni məsələsinə aydınlıq gətirdi

Kateqoriya məlum deyil
T
Ueston Makkenni son həftələrdə “Yuventus”un heyətində parlaq çıxışı ilə diqqət çəkib və klubun “Ayın oyunçusu” mükafatına layiq görülüb.
Sfera.az xəbər verir ki, ABŞ millisinin (USMNT) yarımmüdafiəçisinin müqaviləsinin vaxtı Dünya Kubokundan sonra başa çatacaq.
Onun müqaviləsinin başa çatmasından sonra klubda qalıb-qalmayacağı suallar doğurur. Klub rəhbərliyi Makkenninlə bağlı vəziyyətə aydınlıq gətirib.
“Yuventus”un direktoru Marko Ottolini Makkenninin yüksək keyfiyyətli futbolçu olduğunu vurğulayaraq, onunla yeni müqavilə üzrə danışıqların davam etdiyini təsdiqləyib. Ottolinin sözlərinə görə, Turin təmsilçisi yarımmüdafiəçini uzunmüddətli perspektivdə komandada saxlamaq niyyətindədir.
Niyaz Hacıyev
Sfera.az
