“Şahzadədən dahiyə!” – Messiyə xüsusi hədiyyə göndərildi

"Şahzadədən dahiyə!" – Messiyə xüsusi hədiyyə göndərildi
Kateqoriya məlum deyil
T

“Barselona”nın keçmiş ulduzu Neymar Lionel Messi və onun oğulları Tiaqo, Mateo və Çiroya xüsusi hədiyyə göndərib.

 

Sfera.az xəbər verir ki, Neymarın Messinin övladlarına göndərdiyi formalar “Santos” klubuna aiddir. İmzalı formaların üzərində 10 nömrə qeyd edilib. 


Messi və Neymar “Barselona”da birlikdə parlaq çıxışları ilə yadda qalıb, daha sonra isə Fransa nəhəngi “Paris Sent-Jermen”də birgə çıxış ediblər. Onlar bu günə qədər yaxın dostluq münasibətlərini qoruyub saxlayırlar.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ