Mourinyo yığmaya başçılıq edə bilər - Yeni TƏKLİF

Kateqoriya məlum deyil
T
Məlumata görə, Joze Mourinyoya 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Kubokundan sonra Portuqaliya millisinin baş məşqçisi vəzifəsi təklif edilə bilər.
Sfera.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyası (FPF) hazırkı baş məşqçi Roberto Martinezin müqaviləsi qlobal turnirdən sonra başa çatacağı təqdirdə, komandanın sükanını təcrübəli mütəxəssisə tapşırmağı planlaşdırır.
Qeyd edək ki, federasiya bu posta güclü namizəd axtarışını artıq gündəmdə saxlayır.
Niyaz Hacıyev
Sfera.az
