"Qarabağ" oyunun biletləri SATIŞDA

"Qarabağ" oyunun biletləri SATIŞDA
Kateqoriya məlum deyil
T

Misli Premyer Liqasının 15-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" oyununun biletləri satışa çıxıb.

 

Sfera.az xəbər verir ki, biletlər bu gün saat 13:00-dan etibarən satışdadır.

 

Biletləri iTicket.az-da onlayn şəkildə əldə etmək mümkündür. Oyun günü isə biletləri həm də "Azersun Arena”nın kassasında satılacaq.

 

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

 

Xatırladaq ki, dekabrın 14-də keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" matçı 17:30-da start götürəcək.

PAYLAŞ