“Sumqayıt” Şamaxıdan qələbə ilə qayıtdı
Kateqoriya məlum deyil
Misli Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.
Sfera.az xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Sumqayıt"ı qəbul edib.
Qarşılaşma qonaqların qələbəsi ilə bitib - 2:1. "Şamaxı"da 70-ci dəqiqədə Karim Rossi fərqlənib. Qonaqların heyətində 88-ci dəqiqədə Aleksa Yankoviç, 90+1-ci dəqiqədə Aleksandr Ramalinqom adını tabloya yazdırıb.
Günün ikinci görüşündə "Araz-Naxçıvan" "Qəbələ"nin qonağı olacaq.
Qeyd edək ki, XIII turda "Zirə" "Kəpəz"i (2:0), "Sabah" "İmişli"ni (3:0), "Qarabağ" "Karvan-Yevlax"ı (2:0) məğlub edib. "Turan-Tovuz" - "Neftçi" oyununda hesab açılmayıb.






