Logo

Məşhur məşqçi FIFA prezidenti olmaq istəyir

Məşhur məşqçi FIFA prezidenti olmaq istəyir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İngiltərənin "Arsenal" klubunun sabiq baş məşqçisi Arsen Venger FIFA prezidentliyinə namizədliyini nəzərdən keçirir.

Sfera.az xəbər verir ki, bu barədə "LEquipe" nəşri məlumat yayıb.

FIFA-da Qlobal Futbol İnkişafı üzrə rəhbər vəzifəsində çalışan 77 yaşlı mütəxəssis qurumun hazırkı rəhbəri Canni İnfantinoya rəqib ola bilər.

Venger namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı yekun qərarını gələn həftənin ortalarınadək verməyi planlaşdırır.

Xatırladaq ki, FIFA prezidentliyinə seçkilər 2027-ci il, martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək. İnfantino 2016-cı ildən FIFA-ya rəhbərlik edir./Report

Məşhur məşqçi FIFA prezidenti olmaq istəyir — foto 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR