Logo

"Napoli" - "Qarabağ" oyunu bərpa edildi

"Napoli" - "Qarabağ" oyunu bərpa edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

UEFA Gənclər Liqasının əsas mərhələsində "Napoli" və "Qarabağ"ın U-19 komandaları arasında keçirilən V tur oyununda məcburi fasilə yaranıb.

Ağdam klubundan Sfera.az-a verilən məlumata görə, qarşılaşma 61-ci dəqiqədə güclü yağış səbəbindən dayandırılıb. Matçın keçirildiyi "Cuzeppe Pikkolo" stadionunun ot örtüyü süni olduğundan matçı davam etdirmək mümkün olmayıb.

Paltardəyişmə otağına yollanan komandalar hakimin qərarını gözləyirlər. Hazırda hesab "Napoli"nin xeyrinədir - 1:0.

Qeyd edək ki, bu gün "Napoli" və "Qarabağ"ın əsas komandaları Çempionlar Liqasının liqa mərhələsində üz-üzə gələcəklər. Həmin görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR