Logo

AFFA bu futbolçunu cəzalandırdı

AFFA bu futbolçunu cəzalandırdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sfera.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XII turunun oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib:

“Kəpəz” oyunda 5 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” 700 manat cərimə edilib. Eyni matçda meydançaya kənar şəxs daxil olduğuna görə Yevlax təmsilçisi 2500 manat cərimələnib. Meydançaya kənar əşyalar atıldığına görə “Karvan-Yevlax” daha 2000 manat ziyana düşüb. Azarkeşlər tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə görə “Karvan-Yevlax” klub daha 5000 manat cərimə ödəyəcək.

Oyundan sonra “Karvan-Yevlax”ın 6 nömrəli futbolçusu Vadim Abdullayev mediaya futbolun bütövlüyünə təhlükə yaradan, futbol qurumlarının etibarlılığını şübhə altına qoyan açıqlama verdiyinə görə 1 oyunluq cəzalandırılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR