“Barselona”ya şad xəbər: “Çelsi”yə qarşı oynaya biləcək

"Barselona"ya şad xəbər: "Çelsi"yə qarşı oynaya biləcək
Kateqoriya məlum deyil
T

“Atletik” ilə oyunun ilk hissəsindən sonra zədələndiyi üçün əvəzlənən “Barselona”nın sol cinah müdafiəçisi Alehandro Baldenin durmu bəlli olub

 

Sfera.az xəbər verir ki, jurnalist Xavi Miqelin məlumatına görə, Baldenin əvəzlənməsi sadəcə ehtiyat məqsədi daşıyııb. Cinah müdafiəçisi ciddi zədədən yayınıb və qarşıdakı Çempionlar Liqası matçında – çərşənbə axşamı Londonda keçiriləcək “Çelsi” ilə görüşdə iştirak edə biləcək.

 

Alehandro Baldenin hesabında bu mövsüm bütün turnirlər üzrə 12 oyunda iki qol ötürməsi var.

 

Qeyd edək ki, “Atletik” ilə görüş “Barsa”nın böyükhesablı qələbəsi ilə yekunlaşıb – 4:0.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR