"Kəpəz" ev oyunlarını bu şəhərdə keçirəcək
Kateqoriya məlum deyil
“Qəbələ” və “Kəpəz” arasında imzalanmış müqavilənin müddəti tərəflərin qarşılıqlı razılıq əldə etməməsi səbəbindən uzadılmayıb.
Sfera.az xəbər verir ki, müqavilənin müddətinin uzadılmamasını, “Kəpəz” müraciətini, “Karvan-Yevlax” klubunun razılıq məktubunu nəzərə alaraq Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının 13-cü turundan etibarən Gəncə təmsilçisinin ev oyunlarının Yevlax şəhər stadionunda keçirilməsinə qərar verib.






