Türkiyə minlələrlə futbolçuya qadağa qoydu

Türkiyənin müxtəlif futbol liqalarından ümumilikdə 1024 oyunçu mərc oynadıqları üçün futboldan kənarlaşdırılıb.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, onlardan 27-si Türkiyənin ən yüksək futbol liqası olan Super Liqada çıxış edir. Qadağa qoyulan futbolçular arasında "Qalatasaray", "Beşiktaş", "Trabzonspor", "Antalyaspor" və "Serik Belediyespor"un təmsilçiləri də var.
Onlardan yalnız biri Türkiyə təmsilçisi deyil. Artıq ikinci və üçüncü liqa oyunları dayandırılıb, çünki çoxlu sayda qadağan olunmuş oyunçular səbəbindən bir çox komandalar heyət yarada bilmir.
Türkiyə Futbol Federasiyası bu boşluğu doldurmaq üçün FİFA-dan türk klublarına əlavə transfer pəncərəsi açmağı xahiş edib. Bundan əvvəl Türkiyədə danışıq oyunları və mərc oyunları ilə bağlı 17 hakim və 2 klub prezidenti həbs edilib. 149 hakim isə mərc oynadıqları üçün cəzalandırılıb.
Firuzə Əliyeva






