QurbanQurbanov penalti epizodundan danışdı

Kateqoriya məlum deyil
T
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Neftçi” ilə oyundan sonra keçirilən mətbuat konfransında penalti epizodu ilə bağlı səslənən fikirlərə münasibət bildirib.
Sfera.az xəbər verir ki, Qurbanov həmkarı Samir Abasovun penalti qərarına dair iradlarını düzgün saymadığını deyib.
“Düzünü desəm, həmin epizoda baxmadım. Hakim kifayət qədər təcrübəlidir, Avropada da xeyli oyun idarə edib. Üstəlik, vəziyyətə VAR-da da baxılmadı”, – deyə Qurbanov bildirib.






