Logo

Mahir Emreli ağır zədələndi

Mahir Emreli ağır zədələndi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan millisinin və Almaniyanın "Kayzerslautern" klubunun futbolçusu Mahir Emreli sıradan çıxıb.

Sfera.az xəbər verir ki, 28 yaşlı hücumçu komandasının II Bundesliqanın XII tur oyununda "Herta Berlin"ə 0:1 hesabı ilə uduzduqları matçda zədələnib.

Baş məşqçi Torsten Liberknext 22 avqustdan bəri ilk dəfə Mahir Emreliyə şans verib. O, 63-cü dəqiqədə meydana daxil olub. Lakin, azərbaycanlı oyunçu 78-ci dəqiqədə zədə səbəbindən əvəzlənib. Meydanı tərk edərkən o, gözyaşlarını saxlaya bilməyib.

Emrelinin Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsinin İslandiya (13 noyabr) və Fransa (16 noyabr) ilə oyunlarını buraxacağı gözlənilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR