Logo

Premyer Liqa: "Sumqayıt" səfərdə "Qəbələ"ni məğlub etdi

Premyer Liqa: "Sumqayıt" səfərdə "Qəbələ"ni məğlub etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Premyer Liqasının XI turunda “Qəbələ” və “Sumqayıt” komandaları üz-üzə gəlib.

Sfera.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 0:2.

Baş hakim Rəşad Əhmədovun idarrə etdiyi görüşdə ilk qolu 54-cü dəqiqədə qonaqların futbolçusu Rüstəm Əhmədzadə vurub. 81-ci dəqiqədə isə Aleksandr Ramalinqom fərqi artırıb.

Bu nəticədən sonra Saşa İliçin rəhbərlik etdiyi "kimyaçılar" xallarını 20-ə çatdıraraq turnir cədvəlinin 3-cü piləsinə yüksəlib. Kaxaber Tsxadadzenin komandası beş xalla turnir cədvəlinin 10-cu pilləsində yer alır.

Qeyd edək ki, "Zəfər turu"nun açılış matçında "Şamaxı" "İmişli"ni 1:0 hesabı ilə məğlub edib. Tura noyabrın 9-da yekun vurulacaq.a

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR