Məşhur futbolçu “Survivor" yarışmasının iştirakçısı oldu

Məşhur futbolçu "Survivor" yarışmasının iştirakçısı oldu
Kateqoriya məlum deyil
T

Türkiyənin tanınmış futbolçularından biri olan Mert Nobre televiziya dünyasında yeni sınağa çıxır. O, “Survivor 2026: Ünlüler & All Star” layihəsinin iştirakçısı kimi yarışmanın yeni mövsümündə yer alacaq. 


Sfera.az xəbər verir ki, bu barədə məlumatı layihənin rəhbəri və aparıcısı Acun Ilıcalı sosial şəbəkə hesabında paylaşıb.


Acun Ilıcalı paylaşımında yazıb:


“Əfsanə futbolçu Mert Nobre Survivor 2026 Ünlüler & All Star kadrına daxil oldu. Ona uğurlar arzulayıram”.

 


Qeyd edək li, yeni mövsümdə Mert Nobre ilə yanaşı, müğənni Bayhan Gürhan, aktrisa Dilan Çıtak Tatlıses və sənətçi Keremcem kimi tanınmış adların da yarışmada yer alacağı bildirilir.


Beləliklə, Mert Nobre “Survivor 2026: Ünlüler & All Star” layihəsində gücünü və dözümlülüyünü sınayacaq. Tamaşaçılar isə futbolçunun yarışmadakı performansını səbirsizliklə gözləyirlər.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR