Bakıda voleybol festivalı keçiriləcək

İdman
12:00 / 31.05.2025
4268
İyunun 1-də Dənizkənarı Milli Park ərazisində voleybol festivalı keçiriləcək.
Sfera.az-ın məlumatına görə, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə baş tutacaq tədbir saat 10:00-da start götürəcək.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən festivalda 12 yaşadək voleybolçu qız və oğlanlardan ibarət komandalar iştirak edəcəklər.
Onlar arasında simvolik yarışlar və müxtəlif oyunlar təşkil olunacaq. Tədbirin keçirilməsində məqsəd uşaqların idmana marağını artırmaq, sağlam həyat tərzini təbliğ etmək və dostluq, komanda ruhu kimi dəyərləri təşviq etməkdir.