“Azərlotereya” “Bakı Marafonu-2025”də

“Azərlotereya” “Bakı Marafonu-2025”də

“Azərlotereya” bu il də ənənəsinə sadiq qalaraq “Bakı Marafonu–2025”ə tərəfdaş qismində qatılaraq ölkədə sağlam həyat tərzinin təbliğinə yönəlmiş bu nüfuzlu layihəyə dəstəyini davam etdirib.


Sfera.az xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən yarışda 28 minədək iştirakçı qeydiyyatdan keçmişdi. Artıq 8-ci dəfə baş tutmuş marafon ölkədə idmanın inkişafına, sağlam yaşam tərzinin təşviqinə xidmət edir.


Marafonun əyləncə zonasında qurulan “Azərlotereya” stendi ziyarətçilərin marağına səbəb olub. Burada iştirakçılar üçün müxtəlif dinamik oyunlar təşkil olunub, qaliblərə hədiyyələr təqdim edilib.


Marafonun start və finiş nöqtəsi ötən illərdə olduğu kimi bu dəfə də Dövlət Bayrağı Meydanı olub. İştirakçılar 21 kilometrlik məsafəni qət ediblər.
Yarış Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər və digər ölkələrin vətəndaşlarının fəal iştirakı ilə yadda qalıb.
Ölkənin rəsmi lotereya təşkilatçısı və idman mərc oyunları operatoru olan “Azərlotereya” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ölkə əhəmiyyətli tədbirlərə dəstəyini hər zaman davam etdirəcək.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

20 iyun - Ümumdünya Qaçqınlar Günüdür

BMT tərəfindən təsis edilən 20 iyun - Ümumdünya Qaçqınlar Günü dünyada müharibə, zorakılıq, təqib və insan hüquqlarının pozulması səbəbindən evlərini tərk etmək...

Məşhur şirniyyat mağazasının fəaliyyəti dayandırıldı - FOTOLAR

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 162 ünvanında yerləşən "Bal Badem" şirniyyat iste...

İyun bitməmiş varlanacaq bürclər

Yaxın bir neçə həftə ərzində bu bürclər maddi vəziyyətlərini nəzərəçarpacaq dərəcədə yaxşılaşdıracaqlar.   Sfera.az  Milli.az-a istinadən xəbər ...

ADA Universitetində Mətbuatın 150 illiyinə həsr olunan təlim keçirilir

İyunun 20-də ADA Universitetində Azərbaycan Media İnkişafı Agentliyinin təşkilatçılığı ilə mətbuatın 150 illiyinə həsr olunan təlim keçirilir. Tədbirdə media nü...

ADNSU-nun növbəti beynəlxalq uğuru: Universitet QS reytinqində 851–900-cü mövqedə qərarlaşıb

İyunun 19-da dünyanın nüfuzlu ali təhsil qiymətləndirmə agentliklərindən biri olan Quacquarelli Symonds (QS) tərəfindən universitetlərin 2026-cı il üzrə reytinq...

İtkin düşən məktəbli ilə bağlı araşdırma başlandı - RƏSMİ

Masallıda itkin düşən məktəbli ilə bağlı araşdırma başlanıb.   Bu barədə Sfera.az-a Baş Prokurorluqdan bildirilib.   Qeyd edilib ki, Masal...