"Neftçi" braziliyalı hücumçusu ilə yolları ayırdı
İdman
17:00 / 26.11.2024
2621
“Neftçi” braziliyalı hücumçusu Andre Şinyaşiki ilə yolları ayırıb.
Sfera.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 2023-cü ilin avqustunda transfer olunmuş A.Şinyaşiki “Neftçi”nin heyətində 38 rəsmi oyun keçirib, 5 qol vurub.