Sadıqov: "Bir xal qazanc oldu"

Sadıqov: "Bir xal qazanc oldu"

"Hər iki komanda üçün ağır oyun oldu. Gözlənilən də bu idi. Hər iki komanda qələbə qazanmağa çalışırdı".

 

Sfera.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

 

Gənc mütəxəssis Misli Premyer Liqasının 10-cu turunda "Sabah"la qeydə alınan 1:1 hesablı heç-heçəni şərh edib: "Oyunun əvvəlində gözlənilməz oldu ki, bəzi oyunçular passiv başladılar. Rəqibə üstünlük verdik, rəqib qol vurdu. Ancaq sonrakı 65-70 dəqiqə bizim nəzarətimizdə keçdi. Amma bunu qola çevirə bilmirdik. 100 faizli qol imkanları yarada bilmirdik. "Sabah" çox yaxşı, usta komandadır. Bunu hiss edirdik. İkinci hissədə daha böyük qüvvə ilə irəli atılırdıq. Yalnız sonlarda qol vurduq. Belə gedən oyunda bir xal da qazanc oldu. "Sabah" kimi komandanı üç xal önümüzə buraxmadıq. Psixoloji cəhətdən də uduzmamaq önəmli idi. Ədalətli nəticə oldu".

 

Rəşad Sadıqov heyətlə bağlı fikrini bildirib: Zədədlilərin sıraya dönməsi, oyuna bütün heyətlə hazırlaşmağımız yaxşıdır. Ehtiyat qüvvəmiz daha yaxşı idi, rəqibdə itkilər var idi. İkinci hissədə hücumameyilli oyunçuları meydana saldıq. O hücumu qurmaq çətin idi, amma futbolçular ustalıqla davrandılar. Bu gün rəqibdən daha geniş heyətimiz var idi. Bu, həlledici oyun idi. Rafael Utziqin apardığı mübarizədən, fədakarlığından razı qaldım. Rəqiblər də bilir ki, o, bizim əsas qol silahımızdır. Ona xüsusi diqqət var. Çox istəkli idi. Rəqib müdafiəsini gərginlikdə saxlayırdı. Hesab oyuna görə oldu".

 

Qeyd edək ki, "Zirə" 90+2-ci dəqiqədə məğlubiyyətdən qaça bilib. (İdman.biz)


OXŞAR XƏBƏRLƏR