Azərbaycan futbolunda son 8 mövsümün rekordu təkrarlandı

Azərbaycan futbolunda son 8 mövsümün rekordu təkrarlandı

zərbaycan futbolunda 2024/25 mövsümünün ən böyükhesablı qələbəsi qeydə alınıb.

 

Sfera.az PFL-ə istinadən xəbər verir ki, bu, 2-ci Liqanın 7-ci turunda baş verib.

 

“Göygöl” öz meydanında “Füzuli”ni 9:0 hesabı ilə məğlub edib. Bunadək mövsümün rekordu II Liqanın II turunun “Şimal” – “Ağdaş” matçında qeydə alınmışdı – 8:0.

 

9 topluq fərq həm də son 8 mövsümün rekordunun təkrarıdır.

 

Ötən mövsümdə 3 belə nəticə qeydə alınıb. 2-ci Liqada “Cəbrayıl” “Kürmük Qax”, “Şahdağ Qusar” “Dinamo” ilə görüşdə qonaqların qapısından 9 cavabsız top keçirib. Əvəzedicilər liqasında isə “Qəbələ-2” “Araz-Naxçıvan-2” ilə səfər matçında eyni hesaba sevinib.

Daha böyük fərqə isə sonuncu dəfə 2016/17 mövsümündə təsadüf olunub. Həmin vaxt “Zaqatala” I divizionda “Energetik”in qapısından 10 top keçirib.


OXŞAR XƏBƏRLƏR

600-dən yuxarı bal toplayanların hərbi xidməti barədə yeni DETALLAR

Yüksək intellektual potensiala malik gənclərin bütün digər sahələrdə olduğu kimi müdafiə sahəsində də geniş dəyərləndirilməsi fürsətlərinin yaradılması Müdafiə ...

Onlar üçün qapımızı açıq tutmuşuq - Ərdoğan

Hazırda Türkiyədə üç milyona yaxın Suriyadan olan qaçqın var.   Sfera.az xəbər verir ki bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansler...

İntihar edən hərbçimizin FOTOSU

Ötən gün Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Novruz Gözəlov intihar edib.   Sfera.az modern.az-a istina...

Ukraynaya 42,6 milyon avro dəyərində PUA veriləcək

Niderland Ukraynanı 42,6 milyon avro dəyərində pilotsuz uçuş aparatları ilə təmin edəcək.   Sfera.az xəbər verir ki, Niderlandın müdafiə naziri ...

Qadınlar və kişilər ağrıları müxtəlif yollarla aradan qaldırır - TƏDQİQAT

ABŞ-dan olan tədqiqatçılar kişi və qadınların ağrıları müxtəlif yollarla aradan qaldırdıqlarını aşkarlayıblar.   Sfera.az xəbər verir ki, "Scien...

Putin COP29 tədbirində niyə iştirak etməyəcək? - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin noyabrda Bakıda keçiriləcək COP29 tədbirində iştirak etməyəcək. Bu barədə məlumatı Azərbaycan hökumətindəki mənbələrə istinadən...